Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında könüllülərin fəaliyyətinin optimal təmin edilməsi, əcnəbi
İnfrastruktur
3 İyul , 2024 16:52
Bakı metrosunda COP29 ərəfəsində 10 Məlumat köşkü yaradılacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında könüllülərin fəaliyyətinin optimal təmin edilməsi, əcnəbilərə və ümumiyyətlə, müvafiq suallarla müraciət edən sərnişinlərə kömək göstərilməsi məqsədilə 10 “Məlumat köşkü” yaradılacaq.

Bu barədə “Report”a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı yanvar ayında Tədbirlər Planı təsdiq edilib və buna müvafiq işlər aparılır. Əsas təmir və hazırlıq işlərinin oktyabrın 10-dək başa çatdırılması və daha sonra COP29 dövründə müvafiq nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Yanvarda gediş haqqının ödənilməsi sistemlərinin tətbiqi ilə əlaqədar “BakıKart” sistemini həyata keçirən “K-Group” şirkəti ilə birgə müşavirələr təyin edilib. Bu günə qədər 9 müşavirədə qəbul edilmiş qərarlar icra olunub və ya hazırda icrası davam edir.

COP29 Əməliyyat Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xətti ilə yaradılmış nəqliyyat sektoru ilə bağlı işçi qrupunda birgə müzakirələr aparılır, problemlər, həllini gözləyən məsələlər müzakirəyə çıxarılır və mütəmadi birgə fəaliyyət təmin edilir.

“Koroğlu” stansiyasında əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik platformaların (pandusların), eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə və universal daşıma məqsədilə qurğuların alınması istiqamətində işlər aparılır. Bakı metropolitenindən istifadə etmək imkanları məhdud olan şəxslərə xidmət mədəniyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

Həmçinin metropolitenin rəsmi saytında ödəniş üsulları və digər bölmələrin ingilis dili versiyasının təkmilləşdirilməsi və yeni bölmələrin yaradılması işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi