Bakı metrosu kadrlarını Londonda ixtisaslaşdırır

Bakı metrosu kadrlarını Londonda ixtisaslaşdırır Metropolitençilər Birləşmiş Krallıqda müxtəlif sahələr üzrə təcrübə mübadiləsi aparıblar
İnfrastruktur
4 Aprel , 2016 18:51
Bakı metrosu kadrlarını Londonda ixtisaslaşdırır

Bakı. 4 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin İnsan resursları və xidmət departamenti, Maliyyə departamenti, Tikinti departamenti, İşarəvermə və rabitə xidməti üzrə əməkdaşları martın 7-dən 18-dək London metropoliteninə səfər ediblər.

Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi xəbərə görə, səfərin məqsədi metropolitendə işə qəbul, təlim-tədris sahəsində işin təşkili, proqram təminatı, əmək-hüquq münasibətləri və həmkarlarla iş, mühasibat və uçot üzrə ən qabaqcıl informasiya proqram təminatı, tikinti layihələrinin idarə edilməsi, dispetçer mərkəzləşmə məntəqəsində idarəetmə və monitorinq fəaliyyəti məsələləri sahəsində London metropoliteninin təcrübələrindən yararlanmaq olub. 

"Bakı Metropoliteni" QSC ilə London metropoliteni arasında bağlanmış müqaviləyə əsasən, müəssisənin bir qrup əməkdaşı bu səfərdən yararlanıb.

Səfər zamanı metropolitençilər London metropolitenində kadr potensialının gücləndirilməsi, kadrların seçilməsi, işə qəbulu, onların yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması istiqamətində bir sıra təlimlərdə iştirak edib, metro xətlərində tətbiq olunan müasir işarəvermə və rabitə sistemlərinin, maliyyə sahəsində yeni proqram təminatının, tikinti sahəsində yeni layihələrin idarəedilməsinin fəaliyyəti ilə tanış olublar. Zamanın tələblərinə cavab verən təlim-tədris mərkəzinin təşkilinə uyğun təcrübələrin öyrənilməsi, informasiya proqramının təminatı prosesi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. 

Səfərin sonunda əməkdaşlara təcrübə təlimlərində iştiraklarını təsdiq edən rəsmi sənəd təqdim olunub.

Son xəbərlər

Orphus sistemi