“Bakı Metropoliteni” yeni vaqonlarının sayını açıqlayıb

“Bakı Metropoliteni” yeni vaqonlarının sayını açıqlayıb 2020-ci ildə “Bakı metropoliteni” QSC-nin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb.
İnfrastruktur
8 Yanvar , 2021 15:05
“Bakı Metropoliteni” yeni vaqonlarının sayını açıqlayıb

2020-ci ildə “Bakı metropoliteni” QSC-nin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb.

“Report”un quruma istinadən verdiyi xəbərə görə, qatarlardan 3-ü “Həzi Aslanov-İçərişəhər”, 12-si “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edir.

Xəttə buraxıldığı zaman elan edildiyi kimi, yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var.

Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.

Son xəbərlər

Orphus sistemi