“Bakı Metropoliteni” Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir

“Bakı Metropoliteni” Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir Türkiyənin Eskişehir bölgəsində “Rail Industry Show” dəmiryolu sənayesi, infrastrukturu və texnologiyaları sərgisi və toplantısı keçirilir.
İnfrastruktur
11 May , 2022 11:37
“Bakı Metropoliteni” Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir

Türkiyənin Eskişehir bölgəsində “Rail Industry Show” dəmiryolu sənayesi, infrastrukturu və texnologiyaları sərgisi və toplantısı keçirilir.

"Report" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, tədbirdə səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və İdarə aparatının İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov iştirak edir.

Dünyanın 120-dən artıq sahə üzrə şirkət və müəssisəsinin iştirak etdiyi sərgidə Bakı metrosunun təmsilçiləri nümayiş edilən yeniliklərlə tanış olur, tətbiqi imkanlarını öyrənir, müzakirələr aparır və müxtəlif elmi-praktiki diskussiyalarda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi