Bakı Metropoliteni tender elan edib

Bakı Metropoliteni tender elan edib Müsabiqə metro vaqonları üçün ehtiyat hissələrinin alınması üçün keçirilir
İnfrastruktur
150
19 Fevral , 2016 12:28
Bakı Metropoliteni tender elan edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC qatarların hərəkət təhklükəsizliyini təmin etmək məqsədilə 81-717, 81-714 seriyalı metro vaqonları üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar tender keçirir.

"Report"un rəsmi mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. İlk lot metro vaqonları üçün ehtiyat hissələrinin, ikinci lot isə vaqonların təmirində istifadə edilən mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin alınması üçün keçirilir. Bu lotlarda iştirak haqqı müvafiq olaraq 400 manat və 500 manatdır.

Tenderdə iştirak etmək istəyənlər zəruri sənədləri martın 7-dək, tender təklifi və bank təminatını isə martın 15-dək QSC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə (Bakı şəhəri, M. Rəfili küçəsi,20) təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi