"Bakı Metropoliteni": Qiymət artımı gözlənilmir

"Bakı Metropoliteni": Qiymət artımı gözlənilmir Yaxın vaxtlarda Bakı Metropoliteni QSC-də qiymət artımı gözlənilmir.
İnfrastruktur
115
8 Noyabr , 2019 15:45
Bakı Metropoliteni: Qiymət artımı gözlənilmir

"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o qeyd edib. 

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir". 

Son xəbərlər

Orphus sistemi