“Bakı Metropoliteni”nin fəaliyyəti müzakirə olunub

“Bakı Metropoliteni”nin fəaliyyəti müzakirə olunub “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İnfrastruktur
9 Dekabr , 2021 18:50
“Bakı Metropoliteni”nin fəaliyyəti müzakirə olunub

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası və 2020-ci il üzrə audit olunan maliyyə hesabatı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli sərəncamına əsasən yaradılıb.

Son xəbərlər

Orphus sistemi