"Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi davam etdirilir

"Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi davam etdirilir "Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi "Metrovaqonmaş”la bağlanan müqaviləyə görə bu il də davam etdiriləcək.
İnfrastruktur
27 Fevral , 2022 11:47
Bakı Metropolitenində vaqon parkının yenilənməsi davam etdirilir

"Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi "Metrovaqonmaş”la bağlanan müqaviləyə görə bu il də davam etdiriləcək.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Son 8 ildə parka əlavə edilən "Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsində istehsal olunmuş 95 yeni vaqon texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur.

Bu vaqonlara texniki xidmət və onların təmiri məsələsinə gəldikdə, əgər ilk vaxtlar yeni vaqonların dövri təmiri istehsalçı şirkətin nümayəndələri tərəfindən yerinə yetirilirdisə, indi mürəkkəb proses olan qaldırma təmiri xüsusi hazırlıq keçmiş yerli mütəxəssislər tərəfindən aparılır.

Metropolitendə istehsal proseslərinin avtomatlaşdırılması və elektron texnologiyaları artıq lokomotiv təsərrüfatının idarə olunması, vaqon təmirinin təşkili, təmirin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsinə da qədəm qoyub. “Nərimanov” elektrik deposunda vaqonların təmirinin monitorinqi sisteminin tətbiqinə başlanılıb. Bu proqram vasitəsilə vaqonlar barədə məlumatları toplamaq, bütün mühüm texniki əməliyyatları izləmək mümkün olacaq. Bu da qatarlarda nasazlıqların, xroniki problemlərin hesabatını aparmağa və onların daha optimal şəkildə aradan qaldırılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi