"Bakı Metropoliteni" Həmkarlar İttifaqı ilə yeni kollektiv müqavilə bağladı

"Bakı Metropoliteni" Həmkarlar İttifaqı ilə yeni kollektiv müqavilə bağladı ”Bakı Metropoliteni” QSC və Metropoliten İşçilərinin Həmkarlar İttifaqı (MİHİ) arasında 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbuluna dair konfrans keçirilib.
İnfrastruktur
191
14 İyun , 2021 10:22
Bakı Metropoliteni Həmkarlar İttifaqı ilə yeni kollektiv müqavilə bağladı

”Bakı Metropoliteni” QSC və Metropoliten İşçilərinin Həmkarlar İttifaqı (MİHİ) arasında 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbuluna dair konfrans keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, tədbir koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi qaydalara əməl olunmaqla baş tutub. Konfransı giriş sözü ilə açan MİHİ-nın sədri Arif Mərdanov mövcud müqavilənin müddəti bitdiyi üçün yeni müqavilənin hazırlanması və müzakirə edilməsi üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Prosedur qaydalarına əməl olunduqdan sonra yeni müqaviləninin təqdimatına və müzakirəsinə başlanılıb.

Yeni müqavilənin tam mətni ilə konfrans iştirakçılarını MİHİ-nin əməyin hüquq müfəttişi Abdulla Acalov tanış edib.

Metro işçilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək Məcəlləsi və “Həmkarlar İttifaqları haqqında” qanuna uyğun olaraq “Bakı Metropoliteni” və MİHİ 2021-2023-cü illər üçün kollektiv müqavilənin bağlanması barədə birgə qərar qəbul edib. Son nəticədə tərəflər arasında 2019-2021-ci illər üçün bağlanmış kollektiv müqavilə qüvvədən düşüb.

Son xəbərlər

Orphus sistemi