"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb

"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb ​​​​​​​"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
İnfrastruktur
7 Yanvar , 2025 14:07
Bakı Metropoliteni: Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb

"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətini açıqlamasında bildirilir.

"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb", - deyə açıqlamada qeyd olunub.

Bundan başqa, "Bakı Metropoliteni" bəyan edib ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir: "Hazırda metro sərnişindaşıma xidməti üzrə tariflərə dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir. İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq".

Son xəbərlər

Orphus sistemi