Bakı Metropoliteni ehtiyat hissələrinin alınması üçün tender keçirir

Bakı Metropoliteni ehtiyat hissələrinin alınması üçün tender keçirir Həmçinin, dəmir-beton svayların betonlanması ilə bağlı tender elan edilib
İnfrastruktur
13 Aprel , 2017 11:37
Bakı Metropoliteni ehtiyat hissələrinin alınması üçün tender keçirir

Bakı. 13 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC "AГМу", "АГМС", "АГМ" markalı təsərrüfat qatarları, avtomaşın və mexanizmlər üçün ehtiyat hissələrinin alınması ilə əlaqədar açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tendet bir lot üzrə elan edilib və iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb edilən sənədləri 8 may saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə 17 may saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 may saat 15:00-da göstərilən ünvanda açılacaq.

Bundan başqa, "Bakı Metropoliteni" QSC "N.Nərimanov" deposunda blok-post binasının özülünün altına 700 mm olan dəmir-beton svayların betonlanması işlərinin alınması üzrə açıq tender keçirir.

Tender bir lot üzrə keçirilir. İştirak haqqı 100 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 24 may saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə 2 iyun saat 18:00-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri 5 iyun saat 15:00-da həmin edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi