Bakı Metropoliteni açıq tender elan edib

Bakı Metropoliteni açıq tender elan edib Tender iki lot üzrə keçirilir
İnfrastruktur
742
20 Aprel , 2017 14:58
Bakı Metropoliteni açıq tender elan edib

Bakı. 20 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC təsərrüfat malları və təmizləyici vasitələrin alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Belə ki, lot-1 üzrə (təsərrüfat mallarının alınması) tenderdə iştirak haqqı 150 manat, lot-2 üzrə (təmizlyəici vasitələrin alınması) isə 50 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün lazımlı sənədləri 16 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 24 may saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (icraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsinə) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 25 may saat 15:00-da göstərilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi