Sərnişinlər mayın 31-dən "8 Noyabr" stansiyasından istifadə edə biləcəklər

Sərnişinlər mayın 31-dən "8 Noyabr" stansiyasından istifadə edə biləcəklər “Bakı Metropoliteni” QSC-nin “8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib
İnfrastruktur
29 May , 2021 12:55
Sərnişinlər mayın 31-dən 8 Noyabr stansiyasından istifadə edə biləcəklər

“Bakı Metropoliteni” QSC-nin “8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib.

"Report" xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi