Bakı meriyasının tabeli strukturları üçün yeni inzibati bina tikiləcək

Bakı meriyasının tabeli strukturları üçün yeni inzibati bina tikiləcək Maraqlanan təşkilatlar (012) 496-52-05 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
İnfrastruktur
26 Yanvar , 2021 11:02
Bakı meriyasının tabeli strukturları üçün yeni inzibati bina tikiləcək

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt meriyasının digər tabeli strukturları üçün yeni inzibati binanın tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 11:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 496-52-05 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi