​Bakı limanında Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

​Bakı limanında Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə Ukrayna şirkətlərinin təmsilçiləri də iştirak edib
İnfrastruktur
20 Noyabr , 2015 15:23
​Bakı limanında Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Limandan "Report"a daxil olan məlumata görə, görüşdə səfirlə yanaşı, səfirliyin İqtisadiyyat Departamentinin əməkdaşları, Ukraynanın “UKRFerri” gəmiçilik şirkətinin direktoru, “Ferri-Trans-Servis” şirkəti, o cümlədən “Gürcüstan Dəmir Yolları” ASC-nin nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qonaqlar Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni limanla tanış olub, limanın ölkə və region iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıb və limanın inkişaf strategiyası haqqında məlumat əldə ediblər. Bununla yanaşı, qonaqlara Ələtdə yerləşən Bakı limanının şərqdən qərbə və şimaldan cənuba gedən iki çox mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, tarixi İpək Yolunun canlanmasında oynayacağı roldan bəhs edilib, limanın tikinti fazaları haqqında ətraflı məlumat verilib və qonaqların suallarını cavablandırılıb. 

Müzakirələr çərçivəsində Ukrayna şirkətləri və limanlarının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulması ideyası ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi