Bakı Limanında əməliyyatlara sərf edilən vaxt kəskin azaldılıb

Bakı Limanında əməliyyatlara sərf edilən vaxt kəskin azaldılıb Vaxtilə Bakı Limanında 72 saata icra edilən əməliyyatlar hazırda 16-18 saata icra edilir".
İnfrastruktur
7 Dekabr , 2021 17:15
Bakı Limanında əməliyyatlara sərf edilən vaxt kəskin azaldılıb
0 : 00
0 : 00

Vaxtilə Bakı Limanında 72 saata icra edilən əməliyyatlar hazırda 16-18 saata icra edilir".

"Report" xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Aynur Səmədova deyib.

Onun sözlərinə, bu, insan resurslarına yatırılan investisiyaların nəticəsidir: "Liman əməkdaşları daima ölkə daxilində və xaricində təlimlərə cəlb edilir. Ümumiyyətlə, insan resurslarının inkişafı Bakı Limanında ən əhəmiyyətli məsələlərdən biridir. Bir liman əməkdaşının sahəsini dünya standartlarına uyğun səviyyədə bilməsi üçün nəzəriyyə kifayət etmir. Ona görə də, əməkdaşlarımız sahələrinə uyğun olaraq dünyanın digər limanlarında təcrübə proqramlarına cəlb edilirlər".

Son xəbərlər

Orphus sistemi