"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının yığıncağının vaxtı və gündəliyi dəyişib

İnfrastruktur
  • 20 may, 2022
  • 05:18
Bakı Hövsan Beynəlxalq Dəniz Limanının səhmdarlarının yığıncağının vaxtı və gündəliyi dəyişib

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin səhmdarlarının iyunun 28-də, saat 11:00-a keçirilməsi planlaşdırılan illik ümumi yığıncağının vaxtı iyunun 24-nə dəyişdirilib.

"Repot" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və digər məsələlər daxildir. Şirkətin Direktorlar Şurasının yenidən formalaşdırılması məsələsi gündəlikdən çıxarılıb.

"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.

44 filmi