Bakı-Gəncə qatarının sürəti artırılır - CƏDVƏL

Bakı-Gəncə qatarının sürəti artırılır - CƏDVƏL Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.
İnfrastruktur
22 Noyabr , 2019 15:44
Bakı-Gəncə qatarının sürəti artırılır - CƏDVƏL

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, qatarın Bakıdan və Gəncədən yola düşmə vaxtı olduğu kimi saxlanılacaq, bununla belə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə endiriləcək. Yəni sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq. Bunun üçün qatarın sürəti 135 km/saata qaldırılacaq. Sürət artımına nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

"Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi