Bakı ən qeyri-adi memarlığı olan şəhərlər sırasında yer alır

Bakı ən qeyri-adi memarlığı olan şəhərlər sırasında yer alır “RBK Nedvijimost” dünyanın ən qeyri-adi memarlığı olan 7 şəhərini açıqlayıb.
İnfrastruktur
15 Aprel , 2020 12:06

“RBK Nedvijimost” dünyanın ən qeyri-adi memarlığı olan 7 şəhərini açıqlayıb.

“Report” xəbər verir ki, bu şəhərlər arasında çoxmillətli və multikultural görünüşü ilə müəlliflərin diqqətindən yayınmayan Azərbaycan paytaxtı Bakı da var.

“Bakı Şərqin və Qərbin ən fərqli çalarlarının birləşməsidir. Təsadüfi deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhərdə çox sayda fərqli üslub, o cümlədən barokko, qotika, konstruktivizm, klassika və müasirlk milli memarlıq elementləri ilə ahəngləşir. Bələdçilər bütün ziyarətçilərə İçərişəhərin orta əsr küçələri boyunca gəzməyi və məşhur “Qız qalası” ilə tanış olmağı məsləhət görür. Bundan əlavə, burada eramızdan əvvəl VII-VI əsrlərə aid bəzi tikililər qorunub saxlanılıb. Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mədəniyyət Mərkəzi və şəhərin demək olar istənilən yerindən görünən ultramüasir “Alov qüllələri”nə xüsusi diqqət yetirilməlidir”, - məqalədə Bakı haqqında yazılıb.

Qeyd edək ki, dünyanın ən qeyri-adi memarlığı olan şəhərləri siyahısına həmçinin Barselona, İstanbul, Roma, Şanxay, Mərakeş və Oksford daxil edilib.

 Heydər Əliyev Mədəniyyət Mərkəzi
Heydər Əliyev Mədəniyyət Mərkəzi
“Alov qüllələri”
“Alov qüllələri”

Son xəbərlər

Orphus sistemi