Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Aparılan təmir işləri ilə əlaqədar olaraq, Bakı - Ələt - Qazax - Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İnfrastruktur
10 May , 2019 17:51
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, Bakı - Ələt - Qazax - Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması mayın 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.

“Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi