Bakı-Budapeşt aviareysi gecikir

Bakı-Budapeşt aviareysi gecikir “WizzAir” şirkətinin Bakıdan Macarıstanın paytaxtı Budapeştə "Airbus A321” təyyarəsi ilə həyata keçirməli olduğu reys texniki səbəblərdən gecikir.
İnfrastruktur
14 Mart , 2024 10:52
Bakı-Budapeşt aviareysi gecikir

“WizzAir” şirkətinin Bakıdan Macarıstanın paytaxtı Budapeştə "Airbus A321” təyyarəsi ilə həyata keçirməli olduğu reys texniki səbəblərdən gecikir.

"Report" bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.

Məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi