Bakı Beynəlxalq Limanından bu il yükaşırmanın 5 mln. tondan artıq olacağı gözlənilir

Bakı Beynəlxalq Limanından bu il yükaşırmanın 5 mln. tondan artıq olacağı gözlənilir Ələtdə inşa olunan yeni limanda irihəcmli maşınların yükaşırması üçün terminalın tikintisi yekunlaşır
İnfrastruktur
19 Yanvar , 2016 17:45
Bakı Beynəlxalq Limanından bu il yükaşırmanın 5 mln. tondan artıq olacağı gözlənilir

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC 2016-cı ildə yükaşırmanın həcminin 5 mln. tondan artıq olacağını proqnozlaşdırır. Bu barədə "Report"a limanın baş direktoru Taleh Ziyadov məlumat verib. 

T.Ziyadov qeyd edib ki, hazırda əməliyyatlar şəhərin mərkəzində yerləşən limanda, dəmiryolu ilə reallaşdırılan yükaşırmalar isə Ələt qəsəbəsində yerləşən yeni limandan həyata keçirilir. 

"Bu ilin sonuna Ələtdə "ro-ro" tipli (irihəcmli maşınların yükaşırması üçün) terminalın tikintisinin yekunlaşması nəzərdə tutulur. Bu terminalın əhəmiyyəti olduqca böyükdür. Çünki bu cür iritonnajlı maşınların şəhərə daxil olması böyük problemlər yaradır. Onların bilavasitə Ələtdən tranzit olaraq daşınması çox vacibdir", - deyə müəssisə rəhbəri bildirib.

T.Ziyadov əlavə edib ki, 2017-ci ilin sonuna kimi birinci fazanın bütün tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi