Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
İnfrastruktur
12 Oktyabr , 2018 12:24
Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə,  bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: "Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".

Son xəbərlər

Orphus sistemi