Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır

Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır Bakı. 29 sentyabr. REPORT.AZ/ Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.
İnfrastruktur
29 Sentyabr , 2018 11:00
Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

“Report”un “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir", - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi