​Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı 3% artıb

​Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı 3% artıb Bakı. 14 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7%-i dövlət m...
İnfrastruktur
15 Avqust , 2014 15:11
​Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı 3% artıb
Bakı. 14 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7%-i dövlət müəssisələrində, 27,3%-i özəl bölmədə çalışıb. İşçilərin 51,9%-i yerüstü və boru kəməri, 12,5%-i su, 15,7%-i hava nəqliyyatı, 19,9%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3% artaraq 539,0 manat olub, bu göstərici hava nəqliyyatında 780,0 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462,0 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 12,8%, avtomobil nəqliyyatında 10,3%, dəniz nəqliyyatında 2,7%, dəmir yolu nəqliyyatında isə 3,6% artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1% artaraq 726,4 manat olub.

Son xəbərlər

Orphus sistemi