​Azərbaycanda sərnişindaşıma tarifləri sentyabrda 3,2% yüksəlib

​Azərbaycanda sərnişindaşıma tarifləri sentyabrda 3,2% yüksəlib Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri üzrə 13%, digər ölkələrə isə 19% artıb
İnfrastruktur
10 Oktyabr , 2014 15:12
​Azərbaycanda sərnişindaşıma tarifləri sentyabrda 3,2% yüksəlib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4%, sərnişindaşıma tarifləri isə 3,2% bahalaşıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5%, digər xarici ölkələr üzrə isə 19,1% bahalaşma müşahidə olunub.

Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1% yüksəlib.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0% ucuzlaşıb.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi