​"AzVirt" şirkəti Mingəçevirdə yol çəkəcək

​"AzVirt" şirkəti Mingəçevirdə yol çəkəcək Hazırda ərazidə geodeziya işləri aparılır və yolun özəyi hazırlanır
İnfrastruktur
2 Noyabr , 2015 16:43
​AzVirt şirkəti Mingəçevirdə yol çəkəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ "AzVirt" MMC "Azəryolsevis" ASC-nin keçirdiyi tenderin qalibi olub. "Report"un "Azəryolsevis"dən əldə etdiyi məlumata görə, "AzVirt" Mingəçevir-Bəhramtəpə (İmişli) avtomobil yolunun bir hissəsinin tikintisini reallaşdıracaq.

Müqaviləyə əsasən, tenderin qalibi Mingəçevir-Bəhramtəpə yolunun inşası layihəsinin birinci hissəsini həyata keçirəcək. Mingəçevir şəhəri və Mingəçevir dəmiryolu stansiyası arasındakı yolun ümumi uzunluğu 16 km-dir və tikinti işlərinə bu ayın ortalarında başlanılacaq.

Məlumata görə, hazırda “Gəncəkörpü“ ASC tərəfindən ərazidə geodeziya işləri aparılır və yolun özəyi hazırlanır.

Qeyd edək ki, ümumi uzunluğu 154 km olan Mingəçevir-Bəhramtəpə yolu üç hissədən ibarətdir və digər iki hissənin tikintisi ilə bağlı tender hələ elan edilməyib.

Son xəbərlər

Orphus sistemi