"Azəryolservis"də ilin yekunlarına dair iclas keçirilib

"Azəryolservis"də ilin yekunlarına dair iclas keçirilib Bu il aparılacaq işlərlə bağlı müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib
İnfrastruktur
4 Fevral , 2016 11:28
Azəryolservisdə ilin yekunlarına dair iclas keçirilib

Bakı. 4 fevral. REPORT.AZ/ “Azəryolservis” ASC-də 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Qurumdan "Report"a daxil olan məlumata görə, cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib. 

İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.

Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.

Bundan başqa, 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kv. metr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min kv.m-dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.

Bu il də genişmiqyaslı işlərin aparılacağını qeyd edən S.Məmmədov müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verib.

Sonda “Azəryolservis” ASC-də uzunmüddətli, səmərəli əmək fəaliyyətini nəzərə alaraq bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi