"Azərsu"yun yeni inzibati binasının inşası yekunlaşmaq üzrədir

"Azərsu"yun yeni inzibati binasının inşası yekunlaşmaq üzrədir “Azərsu” ASC-nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satınalınması üçün açıq tender elan edib.
İnfrastruktur
1800
21 Sentyabr , 2020 09:43
Azərsuyun yeni inzibati binasının inşası yekunlaşmaq üzrədir

“Azərsu” ASC yeni inzibati binasında son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işləri üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 23-ü, saat 16:00-a qədər, tender təklifi, onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 3-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən indiki inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Təchizat və satınalmaların idarə olunması departamentinin əməkdaşı İlqar Tağıyevdir. Telefon: (012) 431-47-67/87 (daxili: 10 33).

Təkliflərə noyabrın 4-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi