“Azərsu”yun İctimai Şurasına seçkilər keçirilib

“Azərsu”yun İctimai Şurasına seçkilər keçirilib Seçkilərdə 15 namizəd mübarizə aparıb
İnfrastruktur
25 May , 2021 17:51
 “Azərsu”yun İctimai Şurasına seçkilər keçirilib

Bu gün “Azərsu” ASC yanında İctimai Şuraya seçkilər keçirilib.

"Report" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, seçki prosesi səhmdar cəmiyyətinin "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanıb.

İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Lakin seçkilərə 1 gün qalmış “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar İctimai Birliyinin sədri Yusifov Fikrət Hüseyn oğlu namizədliyini geri götürüb.

Beləliklə, seçkilərdə vətəndaş cəmiyyəti institutlarının namizəd kimi qeydə alınmış 15 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 66 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 66 bülletenin hamısı etibarlı hesab edilib. Beləliklə seçkilərin nəticələrinə əsasən namizədlər arasında səslərin sayı aşağıdakı kimi qeydə alınıb.

s/s

Soyadı, adı, atasının adı

Təmsil etdiyi qeyri-hökumət təşkilatı

Səs sayı

1.

Abbasov Rövşən Xanış oğlu

“Sağlam Həyata Doğru” Ekoloji İB

5

2.

Cəfərova Mətanət Əsgər qızı

“Əsgər Ailələrinə Dəstək” İB

50

3.

Hacımətov Qayıbəyi Narulla oğlu

“SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi”İB

6

4.

Hüseynov Eyyub Mahmud oğlu

“Azad İstehlakçılar” İB

20

5.

İbrahimli Qorxmaz Əbülfəz oğlu

“Biosfer” İB

23

6.

İmanova Aytən Rüfət qızı

“Beynəlxalq Hidroloji Proqram” İB

10

7.

Qəribov Tələt Yusif oğlu

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB

15

8.

Mikayılova Xədicə Hacı qızı

“Əlillər Cəmiyyəti” İB

27

9.

Muradov Elməddin Nadir oğlu

“Jurnalistika və İnkişaf Mərkəzi” İB

10

10.

Nuriyev Anar Ataxan oğlu

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İB

7

11.

Osmanlı Ramil İsgəndər oğlu

Əmlak Ekspert Mərkəzi

6

12.

Şahverdiyev Cavid Nadir oğlu

“Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB

25

13.

Vəliyev Mirzə Məmməd Ağamurad oğlu

Əlil Sahibkarlar Təşkilatı İB

9

14.

Yusubova Qəmzə Xanlar qızı

“Ekoloji Maarifçilik və Monitorinq” İB

30

15.

Zeyni Rauf Xurşud oğlu

Milli QHT Forumu

34

Seçkilərdə 2 namizəd - “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 13 namizəd tələb olunan keçid səs sayını toplamadıqlarına görə təkrar seçkilərdə iştirak edəcək.

Seçki Komissiyasının qərarına əsasən, seçkilərin ikinci turu 27 may 2021-ci il tarixində saat 10:00-dan 15:00-dək “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.

İctimai Şuraya keçiriləcək seçkilərin ikinci turunda iştirak edən namizədlərin siyahısı
1. Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
2. Hacımətov Qayıbəyi Narulla oğlu “SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi” İB
3. Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
4. İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
5. İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
6. Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
7. Mikayılova Xədicə Hacı qızı Əlillər Cəmiyyəti İB
8. Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İB
9. Nuriyev Anar Ataxan oğlu “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İB
10. Osmanlı Ramil İsgəndər oğlu Əmlak Ekspert Mərkəzi
11. Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
12. Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
13. Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB

Son xəbərlər

Orphus sistemi