"Azərsu" xidmət göstərdiyi yaşayış məntəqələrinin sayını açıqlayıb

"Azərsu" xidmət göstərdiyi yaşayış məntəqələrinin sayını açıqlayıb "Azərsu" ASC Naxçıvan MR istisna olmaqla ölkənin qalan ərazilərində 3 316 kənd və qəsəbəyə xidmət göstərir.
İnfrastruktur
27 Aprel , 2022 12:30
Azərsu xidmət göstərdiyi yaşayış məntəqələrinin sayını açıqlayıb

İşğaldan azad edilmiş ərazilər və Naxçıvan MR istisna olmaqla "Azərsu" ASC ölkənin qalan ərazilərində 3 316 kənd və qəsəbəyə xidmət göstərir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

"Bu gün yaşayış məntəqələrinin çoxu suya tələbatını fərdi qaydada ödəyir. 387 kənd və qəsəbə mərkəzləşmiş şəbəkə ilə təmin edilib, 234 kənddə ümumi istifadədə olan bulaqlar mövcuddur, 432 kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi