"Azərsu" tikinti malları almaq istəyir

"Azərsu" tikinti malları almaq istəyir Bu məqdərlə şirkət açıq tender keçirir
İnfrastruktur
12 Noyabr , 2016 18:00
Azərsu tikinti malları almaq istəyir

Bakı. 12 noyabr. REPORT.AZ/“Azərsu” ASC tikinti malları, polipropilen və PVC materialları üçün boru və fitinqlərin satın alınması məqsədilə açıq tender elan edib.

"Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, tender üç lot üzrə keçirilir. Belə ki, lot-1 tikinti malları, lot-2 polipropilen fitinqləri, lot-3 isə PVC boru və fitinqlərinin alınmasını nəzərdə tutur.

Tender iştirakçıları öz təkliflərini “Azərsu” ASC-nin baş ofisinə (Bakı şəhəri, Moskva prospekti,67 ünvanı; əlaqələndirici şəxs - Nurşən Alıyev (tel: 430 01 32) təqdim etməlidirlər.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğdə iştirak haqqı ödəməlidir.

İştirakçılar “Azərsu” ASC-yə 19 dekabr saat 18:00-dan gec olmamaq şərtilə zəruri sənədləri təqdim etməlidirlər. İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) 26 dekabr saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Təklif zərfləri Şirkətin əsas binasında 27 dekabr saat 15:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi