Bakı. 17 fevral. REPORT.AZ/ Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.
Bunu “Report”a açıqlamasında “Azərsu”nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
“ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Bu vaxta qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb”, - deyə A.Cəbrayıllı qeyd edib.