"Azərsu": "Qarabağdakı içməli su layihələrinin hamısı "ağıllı layihə"lər olacaq"

"Azərsu": "Qarabağdakı içməli su layihələrinin hamısı "ağıllı layihə"lər olacaq" İşğaldan azad olunmuş ərazilərdə icra olunan içməli su layihələrinin hamısı ağıllı layihələr olacaq.
İnfrastruktur
9 İyun , 2023 17:58
Azərsu: Qarabağdakı içməli su layihələrinin hamısı ağıllı layihələr olacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki içməli su layihələrinin hamısı "ağıllı layihə"lər olacaq.

Bu barədə “Report”a açıqlamasında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

"Suyun mənbələrdən götürülməsi və idarə edilməsi SCADA sistemi vasitəsi ilə həyata keçirləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azərbaycan Dövlət su Ehtiyatları Agentliyinə sifarişlər daxil olub. Qarabağda 30-dan artıq kənd və qəsəbə üzrə su təchizat sistemlərinin layihələndirilməsi işləri həyata keçirilir. Bu il bu layihələr yekunlaşacaq. Artıq bəzi qəsəbələrdə tikinti işlərinin başlanılması planlaşdırılır. İlk dəfə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə həm içməli su, həm kanalizasiya, həm də yağış sularının idarə olunması ilə bağlı məsələlər öz əksini tapıb", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi