"Azərsu" ötən il göstərdiyi xidmətlərin 96%-nin haqqını yığa bilib

"Azərsu" ötən il göstərdiyi xidmətlərin 96%-nin haqqını yığa bilib 2019-cu ildə “Azərsu” ASC 289,2 milyon m³ içməli su satıb, 185,9 milyon m³ tullantı sularının axıdılmasını təmin edib.
İnfrastruktur
113
9 Aprel , 2020 16:30
Azərsu ötən il göstərdiyi xidmətlərin 96%-nin haqqını yığa bilib

2019-cu ildə “Azərsu” ASC 289,2 milyon m³ içməli su satıb, 185,9 milyon m³ tullantı sularının axıdılmasını təmin edib.

"Report" xəbər verir ki, ötən il göstərilmiş xidmətlərə görə yığımın səviyyəsi 95,7% təşkil edib.

Hesabat dövründə qurum su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 629,5 milyon manat investisiya qoyub. Bunun 418,7 milyon manatı dövlət büdcəsindən ayrılıb, 210,8 milyon manatı isə beynəlxalq təşkilatlardan kredit kimi cəlb edilib.

Hazırda “Azərsu” abunəçilərinin 70%-ni fasiləsiz su ilə təmin edir. Bu nisbət Bakıda 81,5% təşkil edir. 

Son xəbərlər

Orphus sistemi