Bakı. 15 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin işlənmiş nəqliyyat və xüsusi texnika vasitələrin alınması ilə bağlı 2 lot üzrə elan etdiyi açıq tenderdə iddiaçıların sayı 3-dən az olub.
"Report" xəbər verir ki, şirkət bunu nəzərə alaraq təkliflərin qəbul müddətini sentyabrın 29-na qədər uzadıb, zərflərin açılış tarixini isə oktyabrın 2-si, saat 16:00-a təyin edib.
İddiaçılar səhmdar cəmiyyətin Satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs şöbənin rəisi Murad Abışevdir. (e-poçt: [email protected]; tel: (012) 431 47 67 (daxili 1087)).