“Azərsu”: “MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır”

“Azərsu”: “MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır” MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır.
İnfrastruktur
27 May , 2023 14:25
“Azərsu”: “MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır”

MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır.

“Report” xəbər verir ki, bu barədə açıqlamasıda “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.

A.Cəbrayıllı son vaxtlar suyun keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə bəzi həqiqətə uyğun olmayan məlumatların yayıldığına diqqət çəkib: “Azərsu”yun əhaliyə verdiyi su standartlara tam uyğundur. Sosial şəbəkədə bir neçə paylaşımları sona qədər araşdırmışıq və məlum olub ki, suyun keyfiyyətinin aşağı olması halı yeni tikilili binalarda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu MTK-ların anbarları illərdir yuyulmur. Ümumiyyətlə bu gün Bakıda suyun keyfiyyətinə mənfi təsir göstərən iki amil var. Bunlardan biri MTK-ların yuyulmayan anbarı, digəri isə vətəndaşların, xüsusilə ətraf ərazilərdə primitiv qaydada, kustar üsulla çəkdiyi su xətləridir. Çünki bu su xətləri yerin üstü ilə çəkilir və onların çəkilməsində müxtəlif təyinatlı plastik, metal borulardan istifadə olunur. Hətta Sulutəpə ərazisində neft sənayesində işlənmiş borularla da su xəttinin çəkilməsi halına rast gəlinib. Bunlar suyun keyfiyyəti ilə bağlı müəyyən risklər yaradır”.

“Azərsu” olaraq MTK rəhbərlərinə, binaların komendantlarına, sakinlərinə və MMMC-lərə səslənirik ki, standartlara əsasən su anbarları mütləq ildə ən azı bir dəfə yuyulmalıdır. MTK-ların anbarları onların özlərinə aiddir. Onlar bu anbarları özləri idarə edirlər. “Azərsu”yun öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır”.

Son xəbərlər

Orphus sistemi