“Azərsu”: “Laçında şəhərdaxili şəbəkədə işlərin 95 %-i yekunlaşıb”
İnfrastruktur
- 09 iyun, 2023
- 12:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərsu" ASC Laçın şəhərində daxili şəbəkədə işlərin 95 %-ni yekunlaşdırıb.
“Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
"Hazırda işğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı əsas işlər Şuşa və Laçında davam edir. Laçında mövcud mənbənin bərpası və mənbədə yeni anbarın, nasos stansiyasının və buradan şəhərə yeni yüksək təzyiqli magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, şəhərdaxili şəbəkədə də işlərin 95 %-dən çoxu icra olunub. Yəni, Laçında mövcud mənbədən şəhərə suyun verilməsi təmin edilib. Bu ay həmin mənbədən yeni artezian və subartezian quyularına su veriləcək”, - deyə o qeyd edib.
Son xəbərlər
12:34
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
ASK
12:29
"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
Futbol
12:24
Sabah Bakıda yağış yağacaq
Ekologiya
12:16
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Turizm
12:11
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
Digər ölkələr
12:10
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
Region
12:09
Bakıda kütləvi dava ilə bağlı cinayət işi başlanılıb, hadisənin digər iştirakçıları axtarılır - Yenilənib
Hadisə
11:59
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Xarici siyasət
11:54
Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
Maliyyə