Bakı. 11 mart. REPORT.AZ/ “Azərsu” ASC pompa ilə betontökmə işlərinin alınması məqsədilə kotirovka sorğusu elan edib.
"Report"un məlumatına görə, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi Murad Abışev [email protected] +994124314767 (1087) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 14 mart saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 14 mart saat 16:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.