"Azərsu" ilin əvvəlindən "ASAN xidmət" vasitəsilə 52 min müraciət qəbul edib

"Azərsu" ilin əvvəlindən "ASAN xidmət" vasitəsilə 52 min müraciət qəbul edib Bakı. 7 sentyabr. REPORT.AZ/ 2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 52 minə yaxın müraciət edilib.
İnfrastruktur
7 Sentyabr , 2018 16:30
Azərsu ilin əvvəlindən ASAN xidmət vasitəsilə 52 min müraciət qəbul edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ 2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 52 minə yaxın müraciət edilib. 

"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Məlumata görə, qurumun ölkə Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2018-ci ilin yanvar-avqust aylarında bu mərkəzlərdə “Azərsu”yun təqdim etdiyi xidmətlərdən istifadə artıb.

2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı, ümumilikdə, 51829 müraciət edilib. Müraciətlərin 21609-u “ASAN xidmət”, 30220-i isə “ASAN kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Son xəbərlər

Orphus sistemi