“Azərsu”da İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“Azərsu”da İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün “Azərsu” ASC-də İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İnfrastruktur
11 Dekabr , 2018 15:49
“Azərsu”da İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün “Azərsu” ASC-də İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” xəbər verir ki, “Azərsu” sədri Qorxmaz Hüseynov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Səhmdar Cəmiyyətin sədri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, layihələrin əhatə etdiyi şəhərlərdə yeni infrastrukturların yaradılması əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına töhfə verib.

S.Celassi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasından razılığını bildirib. Qeyd edib ki, layihələrin icrasının tam başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.

Görüşdə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Tərtər və Gədəbəy şəhərlərində su və kanalizasiya, Astara şəhərində isə su şəbəkələrinin tikintisi yekunlaşıb. Hazırda Daşkəsən şəhərində layihənin icrası davam etdirilir. Qazax şəhərində isə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsinin icrasına 2019-cu ilin əvvəlində başlanılacaq.

Son xəbərlər

Orphus sistemi