Aprelin 1-nə olan məlumata əsasən, “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin 1 milyon 555 min 99-u sayğacla təmin olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Qurumun əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 91, 5 %, qeyri-əhali qrupu üzrə isə 94,6 % təşkil edib.
Ötən ilin müvafiq dövründə sayğaclaşma səviyyəsi ümumilikdə 86,5 %, əhali qrupu üzrə 86,2 %, qeyri-əhali qrupu üzrə isə 93,7 % olub.
Qeyd edək ki, aprelin 1-nə olan məlumata əsasən, ASC-nin 1 milyon 697 min 98 abunəçisi var. Bu o deməkdir ki, qurum abunəçilərinin 90,87 %-ni sayğacla təmin edib.