“Azərsu": 227 min əhali qrupu üzrə istehlakçıların su sayğacı yoxdur

“Azərsu": 227 min əhali qrupu üzrə istehlakçıların su sayğacı yoxdur Bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub
İnfrastruktur
1269
26 Sentyabr , 2020 10:12
“Azərsu:  227 min əhali qrupu üzrə istehlakçıların su sayğacı yoxdur

"Hazırda “Azərsu” ASC-nin 1 mln 523 min əhali qrupuna aid edilən istehlakçıları 227 mini sayğacla təmin olunmayıb". 

Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illəri üçün Tədbirlər Planında 2020-2021-ci illər ərzində bütün abonentləri 100% su sayğacları ilə təmin edilməsi tapşırığı verilib:

“Abonent bazasının məlumatlarına əsasən, 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bunula bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi