"Azərsu" 11 milyon manatlıq 17 tenderə yekun vurub

"Azərsu" 11 milyon manatlıq 17 tenderə yekun vurub "Azərsu" ASC yağların və sürtkü materiallarının alınması (1), drenaj və hidrofor tipli nasosların alınması (2), nasosların təmiri (3), təmir üçün zəruri olan ehtiyat hissələrinin alınması (4), nasos aqreqatları üçün elektrik mühərriklərinin alınması (5),
İnfrastruktur
28 Oktyabr , 2021 17:37
Azərsu 11 milyon manatlıq 17 tenderə yekun vurub
Azərsu / Report

"Azərsu" ASC yağların və sürtkü materiallarının alınması (1), drenaj və hidrofor tipli nasosların alınması (2), nasosların təmiri (3), təmir üçün zəruri olan ehtiyat hissələrinin alınması (4), nasos aqreqatları üçün elektrik mühərriklərinin alınması (5), xüsusi çəkmələrin alınması (6), mühərriklərin əsaslı təmiri (7), generatorların əsaslı təmiri (8), tezlik çeviricilərinin alınması (9), nasos aqreqatları üçün elektrik idarəetmə lövhələrinin alınması (10), nəqliyyat vasitələri və xüsusi texnikalar üçün avtoşinlərin alınması (11), vakuum açarlarının təmiri (12), fərdi mühafizə vasitələrinin alınması (13), içməli və tullantı suların emalı prosesində istifadə olunan kimyəvi reagentlərin və mal-materialların alınması (14), dəftərxana ləvazimatlarının alınması (15), kranın təmiri (16), nəqliyyat və xüsusi texnika vasitələri üçün tələb olunan mal-materialların alınması (17) ilə bağlı elan etdiyi 17 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "Technoil" MMC (1), "Kaskad-Hidro" MMC (2), "Hinal Group" MMC (3), "Azelmaş" Elmi-Texniki Firması (4), "Nobel Elektrik" MMC (5), "Alyans Tekstil" MMC (6), “Katri” MMC (7), "Universal Pro" MMC (8), "Azermech" MMC (9), "Hidroservis" MMC (10), "Şurataz LTD" MMC (11), Katri” MMC (12), "Vostok-Servis Bakı" QSC (13), “Fuad-Kimya Service” (14), "Office Lines" MMC (15), SQS Group MMC (16), "Universal PRO" MMC-dir (17).

Qalib şirkətlərə 459 min manat (1), 2 049,5 min manat (2), 228,9 min manat (3), 4 231,6 min manat (4), 713,7 min manat (5), 166,4 min manat (6), 660 min manat (7), 170,3 min manat (8), 117,35 min manat (9), 95,4 min manat (10), 285,15 min manat (11), 180 min manat (12), 77,5 min manat (13), 430 min manat (14), 178 min manat (15), 49 min manat (16), 552,6 min manat (17), ümumilikdə isə 10 644,3 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi