"Azəristiliktəchizat" Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiya ediləcək

"Azəristiliktəchizat" Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiya ediləcək
İnfrastruktur
4 oktyabr 2022 11:39
Azəristiliktəchizat Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiya ediləcək

“Azəristiliktəchizat” ASC-nin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Sənəd Dövriyyəsi (ESD) sisteminə inteqrasiyası nəzərdə tutulur.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, əsas məqsəd müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarıdır. Artıq ESD sisteminin tətbiqi istiqamətində müvafiq addımlar atılıb.

Belə ki, “Azəristiliktəchizat”ın əməkdaşları üçün sentyabrın 28-də “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda onlayn təlim keçirilib. Təlim zamanı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması, məlumat aparatının quruluşu iştirakçıların diqqətinə çatdırılıb. Habelə, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları öyrədilib. Təlimdə elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və bir sıra digər mövzular barədə iştirakçılar məlumatlandırılıb və müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi