"Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib

"Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib 2019-cu ildə Azəristiliktəchizat ASC-nin istismarında 558 qazanxana olub.
İnfrastruktur
9 Aprel , 2020 16:43
Azəristiliktəchizat ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib

2019-cu ildə "Azəristiliktəchizat" ASC-nin istismarında 558 qazanxana olub.

"Report" xəbər verir ki, bu qazanxanaların hesabına 3 870 yaşayış binası, 288 məktəb, 157 uşaq bağçası, 163 səhiyyə və 1 880 digər sosial obyekt istiliklə təmin edilib.

2019-cu ildə qurum 12,618 milyon manat istilik haqqı toplayıb. Bu, göstərilmiş xidmətlərin ümumi dəyərinin 74,2% deməkdir. O cümlədən büdcədən maliyyələşən təşkilatlar 90,2%, digər müəssisə və təşkilatlar 79,9%, əhali isə 54,7% ödəniş edib.

Hesabat dövründə "Azəristiliktəchizat"ın istehsalat xərcləri isə 67,112 milyon manat təşkil edib. Bu xərcin 83,8%-i Bakıdakı, 16,2%-i isə regional istilik təsərrüfatlarına çəkilib. 

Son xəbərlər

Orphus sistemi