"Azərişıq": Əməkdaşlarımız gücləndirilmiş rejimdə işləyir

"Azərişıq": Əməkdaşlarımız gücləndirilmiş rejimdə işləyir "Bəzi dağlıq rayonlara güclü küləklə müşaiyət olunan qar və sulu qar yağsa da, elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb"
İnfrastruktur
28 Sentyabr , 2017 10:52
Azərişıq: Əməkdaşlarımız gücləndirilmiş rejimdə işləyir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında hava şəraitinin dünəndən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir. 

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bəzi dağlıq rayonlara güclü küləklə müşaiyət olunan qar və sulu qar yağsa da, elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb. Bakı və ətraf qəsəbələrdə də əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.

"Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq “Azərişığ”ın son illər gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq abunəçilərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda da bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”, - deyə "Azərişıq" rəsmisi bildirib. 

T.Mustafayev onu da əlavə edib ki, təmsil etdiyi qurum hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları tədarük edib. 

Son xəbərlər

Orphus sistemi