"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib

"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənmiş dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.
İnfrastruktur
16 Mart , 2023 12:42
Azəri-Mərkəzi-Şərqi platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib

“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənmiş dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.

"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, barj xüsusi yedək gəmilərinin müşayiəti ilə təyinat məntəqəsinə göndərilib. Xüsusi sürüşdürmə əməliyyatı ilə barjın üzərinə yüklənmiş dayaq blokunun çəkisi 16 000 ton, hündürlüyü 153 metrdir.

Dənizin təxminən 140 metr dərinliyində aparılacaq dayaq blokunun və 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi də cəlb ediləcək.

ACE layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur.

Son xəbərlər

Orphus sistemi