"Azərenerji": Şəmkir su anbarında təhlükəli vəziyyət aradan qaldırılır

"Azərenerji": Şəmkir su anbarında təhlükəli vəziyyət aradan qaldırılır Azərenerji ASC ölkənin 2-ci böyük su elektrik stansiyasının (SES) yerləşdiyi Şəmkir su anbarındakı problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri davam etdirir.
İnfrastruktur
21 Mart , 2020 14:29
Azərenerji: Şəmkir su anbarında təhlükəli vəziyyət aradan qaldırılır

"Azərenerji" ASC ölkənin 2-ci böyük su elektrik stansiyasının (SES) yerləşdiyi Şəmkir su anbarındakı problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri davam etdirir.

Bu barədə "Report"a qurumdan bildirilib. 

"40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşmüşdü. Daha doğrusu hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması var idi ki, bu da hər an qurğunun uçmasına səbəb ola bilərdi. Məhz buna görə də, 2018-ci ildə qəbul edilən “Reabilitasiya Proqramı” çərçivəsində yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanaraq təmir işlərinə başlanılıb. 

Hazırda su tullayıcı qurğunun anbar tərəfindən başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır. Bununla yanaşı “Reabilitasiya Proqramı” çərçivəsində “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok transformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. 

Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi