Azərbaycanla Ukrayna arasında yükdaşımaların artırılması təklif edilir

Azərbaycanla Ukrayna arasında yükdaşımaların artırılması təklif edilir Bu barədə “Report”a Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib
İnfrastruktur
13 Aprel , 2021 15:06
Azərbaycanla Ukrayna arasında yükdaşımaların artırılması təklif edilir

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Ukraynanın infrastruktur naziri Vladyslav Krykli arasında görüş keçirilib.

Bu barədə “Report”a Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, görüş Ukraynanın Baş nazirinin müavini Aleksey Reznikovun başçılığı ilə bu ölkənin hökumət rəsmilərinin Bakıya səfəri çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasında yük daşımalarının artırılması məqsədilə, dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə qarşılıqlı əlverişli şərtlərin formalaşmasının vacib olduğu vurğulanıb.

Qara və Xəzər dənizləri limanları arasında əməkdaşlıq beynəlxalq nəqliyyat marşrutlarının inkişafına, habelə nəqliyyatın bütün sahələrində nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinə yönəlib. Aviasiya sektorundakı əməkdaşlığın vacib cari vəzifələri hava nəqliyyatının tam bərpası, avtomobil nəqliyyatı sahəsində - nəqliyyat rejiminin liberallaşdırılması və rəqəmsal texnologiyaların istifadəsindən ibarətdir.

Görüşdə Ukraynada yol infrastrukturu layihələrinin həyata keçirilməsində iştirak edən Azərbaycan şirkətlərinin mühüm rolu qeyd edilib, GUAM və TRACECA-da əlavə əməkdaşlıq imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi